3 avqust 2015

Heydər Əliyev Fondunun dəstəyi ilə ürək qüsurlu uşaqlar əməliyyat olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan olan ürək qüsurlu daha üç uşaq üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat İsraildə həyata keçirilib. Azyaşlıların müayinə və əməliyyatı Heydər Əliyev Fondunun İsrailin “Uşaq ürəklərini xilas edək” (Save a Child’s Heart) təşkilatı ilə birgə layihəsi çərçivəsində reallaşıb.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə, müalicə və əməliyyatı ilə bağlı davamlı olaraq aksiyalar keçirilir.

 

“Uşaq ürəklərini xilas edək” təşkilatı 1995-ci ildən fəaliyyət göstərir və Azərbaycan bu qurumla əməkdaşlıq edən 50-ci ölkədir. Təşkilatın nümayəndələri 2014-cü ilin noyabrında Azərbaycanda olaraq Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondu ilə əməkdaşlıq məsələləri barədə danışıqlar aparıblar.