02_UCAR-XESTEXANA.jpg
6 oktyabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

 

Xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib.

 

Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

 

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.


FOTO

VİDEO