1.JPG
19 noyabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda könüllü qanvermə aksiyası təşkil olunub

Noyabrın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə keçirilən qanvermə aksiyasında 115 könüllü iştirak edib.

 

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri qatılıblar.

 

Aksiyada toplanan qan Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda yoxlanıldıqdan sonra Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.


FOTO