YUNISEF-ANA SUDU-FILM-TAQDIMAT .JPG
21 iyun 2011

Ana südü ilə qidalandırmanın üstünlüklərinə həsr edilmiş “Həyata ilk addım” filminin təqdimatı olub

İyunun 21-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondunun, BMT-nin Uşaq Fondunun (YUNİSEF) və Səhiyyə Nazirliyinin birgə hazırladığı “Həyata ilk addım” filminin ictimaiyyətə təqdimatı olmuşdur. 


Film Heydər Əliyev Fondu və YUNİSEF tərəfindən həyata keçirilən “Anasüdü ilə qidalandırma” kampaniyası çərçivəsində hazırlanmışdır. Kampaniyanın məqsədi hökumətin və ictimaiyyətin diqqətini ana südü ilə qidalandırmanın üstünlüklərinə və əhəmiyyətinə yönəltməkdir. Tədbirdə bir sıra hökumət qurumlarının nümayəndələri, səhiyyə və qidalandırma üzrə mütəxəssislər, KİV əməkdaşları iştirak etmişlər.

 

YUNİSEF-in ölkəmizdəkinümayəndəliyininrəhbəriMarkHervardkampaniya çərçivəsində aparılantədqiqatlarbarədə məlumatvermişdir. Bildirmişdirki, körpəninhəyatınınilkikiilində onunanasüdü ilə qidalandırılması mövcudprofilaktikmüdaxilələrlə müqayisədə uşağınsağ qalmasınatəsiredən əngüclü amilolaraq, inkişafetməkdə olan ölkələrdə beş yaşınadəkuşaq ölümünü 15 faizdən 12 faizədəknisbətdə azaldabilər. Araşdırmalara əsasən məlum olmuşdur ki, Azərbaycanın kəndlərində qadınların 81 faizi uşaqları ilk gündən ana südü ilə qidalandırır, şəhərdə isə bu göstərici 25 faiz təşkil edir. Ev şəraitində keçirilən doğuşlar zamanı qadınların 84 faizi, xəstəxanada isə onların 63 faizi uşaqları ana südü ilə qidalandırırlar. Bu çox təəccüblü haldır. Çünki xəstəxanada analar bu sahədə daha çox maarifləndirilməlidir. Digər tərəfdən kənddə yaşayan aztəminatlı, təhsil səviyyəsi aşağı olan qadınlar, şəhərdə yaşayan təminatlı, yüksək təhsilli qadınlardan daha yaxşı körpələrinə dəstək olurlar.

 

Heydər Əliyev Fondunun şöbə müdiri Fərid Ağamalıyev kampaniya çərçivəsində çəkilən sənədli filmin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sağlam övlad hər bir ailənin arzusudur. Sağlam övlad xoşbəxt, möhkəm ailə deməkdir. Möhkəm ailə isə icra əsaslara malik cəmiyyət deməkdir. Diqqətinizə təqdim olunan film bir ailənin timsalında ana südü ilə qidalandırmanın nə qədər önəmli olduğunu göstərməklə yanaşı, mütəxəssis rəyləri ilə bunun elmi-praktiki tədqiqini təqdim edir. İlk baxışdan ailə çərçivəsində görülən qayğı əslində bütün cəmiyyətin qayğısıdır. Çünki söhbət sabahımız olan körpələrdən gedir.

 

Ana südü körpənin qidalandırılmasının ən əlverişli üsulu olduğunu deyən Səhiyyə Nazirliyinin baş pediatoru Nəsib Quliyev bildirmişdir ki, ana südü ilə qidalandırılmayan körpələr ilə müqayisədə ana südü ilə qidalandırılan körpələrin erkən aylarda sağ qalmaq ehtimalı ən azı altı dəfə çoxdur. Ana südü ilə qidalandırıldıqda körpənin ana südünə tələbatı artır, o, daha çox süd qəbul edir. Ana südü ilə qidalandırma körpəni infeksion və respirator xəstəliklərdən qoruyur, onların immun sistemini gücləndirir və sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir.

 

Milli Məclisin deputatı Musa Quliyev ana südünün üstünlüklərindən danışmış, bu sahədə məlumatlandırma,maarifləndirmənin aparılmasının vacibliyini qeyd etmiş,təqdim olunan filmin bu istiqamətdə mühüm rol oynayacağını diqqətə çatdırmışdır.


Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əlizadə, ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzənin xanımı Zeyno Baran və başqaları mövzu ilə bağlı çıxış etmişlər. Bildirilmişdir ki, körpənin ana südü ilə qidalandırılması əsas insan hüququdur, ona görə də erkən dövrdən ana südü ilə qidalandırma hamı üçün, o cümlədən həssas və təcrid edilmiş əhali üçün təmin edilməlidir. Ana südü ilə qidalandırma iqtisadi və sosial boşluqları aradan qaldırmağa yardım edə bilər.


FOTO