18 noyabr 2010

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə Ankarada tədbir keçirib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı “Kent” mehmanxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimiz üçün bayram tədbiri keçirmişdir.


Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikinin mətni oxunmuşdur.

 

Səfirliyin təhsil attaşesi Nəcibə Nəsibova çıxış edərək Ankara, İstanbul, İzmir, Bursa, Adana, Samsun, Əskişəhir, Çanaqqala və Kocaeli şəhərlərində tələbələrimiz üçün Qurban bayramı münasibətilə tədbirlər təşkil edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Fondun Türkiyə nümayəndəliyinə gənclər adından təşəkkürünü bildirmişdir.

 

Azərbaycanın təhsil naziri Misir Mərdanovun və Türkiyədəki səfiri Faiq Bağırovun da tələbələrə bayram təbrikləri çatdırılmışdır.

 

Sonra tədbir bayram süfrəsi arxasında davam etmişdir. Tələbələrimizin milli musiqimizin sədaları altında etdikləri rəqslər tədbirə xoş ovqat qatmışdır.