213L4240.jpg
17 fevral 2009

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Xərçəng Xəstəliyinə Tutulan Uşaqların Dostluq Assosiasiyasında olub

Fevralın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Afinada Xərçəng Xəstəliyinə Tutulan Uşaqların Dostluq Assosiasiyasında - “ELPİDA”da olmuşdur.

 

Mehriban xanım Əliyevanı assosiasiyanın rəhbərləri hörmətlə qarşıladılar. Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim etdilər.

 

Burada xərçəng xəstəliyinə tutulan uşaqların, onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Assosiasiyanın fəaliyyəti barədə məlumat verdi. Xanım Vardinoyannis Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın nəcib və xeyirxah fəaliyyətindən, humanitar sahədə gördüyü işlərdən danışdı.

 

Marianna Vardinoyannis görüşdən xatirə olaraq Mehriban xanıma hədiyyə təqdim etdi.

 

Assosiasiyanın binasında yaradılmış şəraitlə tanış olan Mehriban xanım uşaqlarla və onların valideynləri ilə söhbət etdi, uşaqlara Heydər Əliyev Fondunun hədiyyələrini təqdim etdi.

 

Uşaqlar Mehriban xanıma öz əl işlərindən ibarət hədiyyə verdilər.

 

Azərbaycanın birinci xanımı uşaqlara sağlamlıq, Assosiasiyanın kollektivinə uğurlar arzuladı. 


FOTO