OMBUDSMAN APARATI AMAKDASHLARI-FOND-TANISHLIQ  (1).JPG
3 iyun 2009

Ombudsman Aparatının əməkdaşları Heydər Əliyev Fondunda olublar

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları iyunun 3-də Heydər Əliyev Fondunda olmuşlar. 

 

Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

 

Qonaqlara beş il bundan əvvəl yaradılmış Fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Məlumat verilmişdir ki, ümummilli lider elm və mədəniyyət xadimlərinə daim böyük qayğı və diqqətlə yanaşmışdır.

 

Fondla tanIşlıq Ombudsman Aparatının əməkdaşlarında zəngin təəssürat doğurmuşdur.


FOTO