05_ISRAIL PREZIDENTI-SAFAR -HEYDAR ALIYEV  FONDU ILA TANISHLIQ.jpg
28 iyun 2009

İsrail prezidenti Şimon Peres Heydər Əliyev Fondunda olub

İsrail Prezidenti Şimon Peres iyunun 28-də Heydər Əliyev Fondunda olmuşdur. 

 

Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İsrail dövlətinin başçısını səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

İsrail Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Şimon Peres Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. İsrail Prezidentinə hədiyyə təqdim olundu.

 

Dövlət başçıları və Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

 

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.


FOTO