15 iyul 2009

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ictimai fəaliyyətinə görə “Qızıl nailiyyət” medalı ilə təltif edilib

İyulun 15-də Azərbaycan jurnalist qadınlarının “Yeniləşən Azərbaycanın inkişafı naminə” şüarı altında birinci respublika forumu keçirilmişdir.

 

Forumda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai fəaliyyətinə görə “Qızıl nailiyyət” medalı ilə təltif olunduğu elan edilmişdir.