3.JPG
22 oktyabr 2009

Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban Əliyevaya YUNİSEF-in xüsusi mükafatı təqdim edilib

Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatı təqdim edilmişdir.

 

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard mükafatı təqdim edərək dedi: - Hörmətli Mehriban xanım, mən çox böyük şərəf hissi ilə konfrans iştirakçılarının təklifi ilə çox kiçik bir çıxış edəcəyəm. İcazə verin, Sizə uğurlu fəaliyyətinizə görə təşəkkürlərimizi bildirim, uşaqların müdafiəsi sahəsində işinizi davam etdirməyinizi arzulayım. Sizə bir daha təşəkkürlərimizi bildirirəm


FOTO