003.JPG
3 may 2008

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bir qrup əməkdaşı Heydər Əliyev Fondunda olub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bir qrup əməkdaşı mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur.


Yol polisi əməkdaşlarına ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verilmişdir.

 

Onlar ulu öndər Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, onun şəxsi arxivindən götürülmüş və fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış olmuşlar.

 

Daha sonra yol polisi əməkdaşları ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında filmə baxmışlar.

 

BŞBDYPİ-nin rəisi, polis polkovniki Həsən Şirinov yol polisi əməkdaşlarının ulu öndərin daim diqqət və qayğısı ilə əhatə olunduğunu xatırlatmış, ümummilli liderin xatirəsini hər zaman uca tutduqlarını bildirmişdir.

 

BŞBDYPİ-nin adından Fonda rəssam Adil Rüstəmovun ulu öndərə həsr etdiyi rəsm əsəri hədiyyə olunmuşdur.


FOTO