003.jpg
6 may 2008

İordaniya Kraliçası Raniya Heydər Əliyev Fondunda olub

İordaniya Kralı əlahəzrət II Abdullahın xanımı Raniya mayın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hörmətli qonağı səmimiyyətlə qarşıladı.


Mehriban Əliyeva kraliçaya Azərbaycan xalqının ümummilli liderinin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

 

Kraliça Raniya fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Qonaq Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Mehriban xanım və kraliça Raniya Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxdılar.


FOTO