004 MATSUURA.jpg
14 may 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşüb

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Gülüstan” sarayında YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.


Qonağı yenidən Bakıda görməyindən məmnunluğunu söyləyən Mehriban xanım Əliyeva dəvəti qəbul edib Bakıya gəldiyi üçün YUNESKO-nun baş direktoruna təşəkkür etdi, Azərbaycan paytaxtında keçirilən konfransın uğurlu nəticələr verəcəyinə əminliyini bildirdi.


Konfransın Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Koişiro Matsuura ölkəmizin təhsil sahəsində fəal siyasətini vurğuladı.


Cənab Koişiro Matsuura Mehriban xanım Əliyevaya YUNESKO-nun xatirə gümüş medalını təqdim etdi.


Görüşdə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıldı.


FOTO