edit.jpg
14 may 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Hollandiya şahzadəsi xanım Laurentien ilə görüşüb

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Gülüstan” sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Hollandiya şahzadəsi xanım Laurentien ilə görüşmüşdür.


Qonağı Bakıda görməyindən şad olduğunu bildirən Mehriban xanım Əliyeva dəvəti qəbul edib Bakıya gəldiyi üçün şahzadəyə təşəkkür etdi, konfransın uğurlu keçəcəyinə əminliyini söylədi.


Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonağa məlumat verdi.


Hollandiya şahzadəsi dəvətə görə təşəkkür edərək, Bakıya səfərindən məmnunluğunu bildirdi.


FOTO