01.JPG
4 mart 2008

Çexiya parlamentinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Martın 4-də Çexiya parlamentinin Deputatlar palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir.

 

Çexiyalı qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış oldular. Yan Hamaçek xatirə kitabına ürək sözlərini yazdı.

 

Fondla tanışlıq qonaqlarda xoş təəssürat doğurdu.

 


FOTO