01.JPG
20 may 2008

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyev Fondunda olub

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mayın 20-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev burada Türkmənistan Prezidentini səmimiyyətlə qarşıladı.

 

Ali qonağı Fonddakı eksponatlarla tanış edən Azərbaycanın dövlət başçısı ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında məlumat verdi.

 

Türkmənistan Prezidenti ümummilli liderin şəxsi arxivindən götürülmüş və fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fotoşəkillərə, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən sənədlərə maraqla baxdı.

 

Ali qonağa ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının sürətli inkişafını və dünyaya inteqrasiyasını təmin etmək üçün gördüyü irimiqyaslı işlərlə bağlı müxtəlif məqamları əks etdirən eksponatlar barədə də ətraflı məlumat verildi.

 

Türkmənistan Prezidenti Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazdı.

 

Ali qonağa ümummilli liderin əksi təsvir olunmuş xatirə hədiyyələri təqdim olundu.

 

Türkmənistan Prezidenti Heydər Əliyev Fonduna əllə toxunmuş xalça hədiyyə etdi.

 

Sonra ali qonaq çay süfrəsinə dəvət olundu.

 

Prezident Qurbanqulu Berdiməhəmmədova Azərbaycana rəsmi səfərini əks etdirən şəkillərdən ibarət albom da təqdim edildi.

 

Heydər Əliyev Fondu ilə tanışlıq ali qonaqda zəngin təəssürat doğurdu.


FOTO