01.JPG
13 iyun 2008

Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalvesin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalvesin başçılıq etdiyi nümayəndə heyəti iyunun 13-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla maraqla tanış oldular.

 

Karlos Qonsalves xatirə kitabına ürək sözlərini yazdı.


FOTO