005.jpg
6 may 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İrodaniya Kraliçası Raniya ilə görüşüb

Mayın 6-da Azərbaycanın və İordaniyanın birinci xanımlarının görüşü oldu. Mehriban xanım kraliça Raniyanı Bakıda görməkdən məmnunluğunu bildirdi.


Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, onun Azərbaycanın tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsilləri məlumatlandırmaq, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin tikintisi, əlil uşaqlara informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği sahəsində görülmüş işlərdən danışan Mehriban xanım hazırda Talassemiya mərkəzinin tikildiyini də bildirdi.

 

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən kraliça Raniya Heydər Əliyev Fondunun və onun prezidentinin xeyirxah işlərini yüksək qiymətləndirdi.

 

Hörmətli qonağa Heydər Əliyev Fondu haqqında kitab hədiyyə edildi.

 

Kraliça Raniya Fondla tanışlıqdan xoş və zəngin təəssürat aldığını bildirdi.


FOTO