GUAM YAZICILARI - HEYDAR ALIYEV FONDUNDA.JPG
4 iyun 2008

GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları Heydər Əliyev Fondunda olublar

GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

 

Yazıçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli liderimiz yazıçı və şairlərə, mədəniyyət xadimlərinə də hər zaman böyük rəğbət və qayğı ilə yanaşmışdır.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Heydər Əliyev Fondu ilə tanışlıq qonaqlarda zəngin təəssürat yaratdı.

 

Fonda Azərbaycan yazıçılarının Ukrayna dilində çapdan çıxmış kitabları, xalq nağılları və Ukrayna rəssamının əsəri hədiyyə olundu.


FOTO