001.JPG
19 sentyabr 2008

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Fonunda olublar

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçıları sentyabrın 19-da Heydər Əliyev Fonunda olmuşlar.

 

Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır.

 

Qonaqlar Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdilər.

 

Məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazdılar.


FOTO