11 yanvar 2007

Bərdədə yeni məktəb binası tikilir

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur.

 

Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulur.

 

Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Bərdəlilər rayonda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.