10 fevral 2007

Yevlaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı çərçivəsində Yevlax rayonunun Hacıselli kəndində 200 yerlik, Həmərli kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.


Şəhər təhsil şöbəsinin müdiri Zərifə Məmmədova bildirmişdir ki, şəhərin 1 nömrəli və 6 nömrəli orta məktəblərində əlavə sinif otaqları, Yuxarı Qarxun kəndində 360 yerlik yeni məktəb binası inşa olunmuş, şəhər məktəbləri, Aran qəsəbəsindəki 1 nömrəli orta məktəb və 1 nömrəli uşaq bağçası-körpələr evi əsaslı təmir edilmişdir.