29 yanvar 2007

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Dünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür.

 

Mükafat DST Assambleyasında təqdim olunacaqdır. Assambleya DST-nin üzvü olan 193 ölkə nümayəndələrinin iştirakı ilə bu ilin mayında Cenevrədə keçiriləcəkdir.