10 may 2007

YAP Nəsimi Rayon Təşkilatı Gənclər Birliyinin II konfransının nümayəndələri Heydər Əliyev Fondunda olublar

Mayın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı Gənclər Birliyinin II konfransı keçirilmişdir.

 

Konfrans nümayəndələri əvvəlcə Heydər Əliyev Fondunda olmuşlar. Onlara ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış qurumun məqsədləri, fəaliyyəti barədə məlumat verilmişdir.

 

Gənclər fenomen şəxsiyyətin həyat və fəaliyyətinə dair eksponatlara maraqla baxmışlar.

 

Gənclər Fondla tanışlıqdan zəngin təəssürat aldıqlarını vurğulayaraq, bu qurumun ümummilli liderin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti, xalqımızın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar apardığı işləri yüksək qiymətləndirmişlər.