003.jpg
10 may 2007

Səbail rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Bakının Səbail rayon ictimaiyyətinin nümayəndələri mayın 10-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Fondun əməkdaşları rayon nümayəndələrinə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış qurumun məqsədləri, fəaliyyəti barədə məlumat verdilər.

 

Rayon ziyalıları, ali məktəblərin müəllim və tələbələri, icra orqanlarının, müxtəlif idarə və müəssisələrin təmsilçiləri fenomen şəxsiyyətin həyat və fəaliyyətinə dair fotosənədlərə, dünyanın tanınmış dövlət, ictimai və mədəniyyət xadimləri ilə görüşlərində birlikdə çəkdirdiyi şəkillərə, ulu öndərin xalqımızın və müstəqil dövlətimizin tərəqqisinə verdiyi misilsiz töhfələri əks etdirən eksponatlara maraqla baxdılar.

 

Onlar görkəmli dövlət xadimi Heydər Əliyevin Səbail rayonunun inkişafı üçün də misilsiz işlər gördüyünü, buradakı fotoların bir çoxunun da bunu əyani göstərdiyini bildirdilər.

 

İctimaiyyət nümayəndələri Fondla tanışlıqdan zəngin təəssürat aldıqlarını vurğulayaraq, bu qurumun görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti, xalqımızın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar apardığı işləri yüksək qiymətləndirdilər. Onlar Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban xanım Əliyevanın görkəmli siyasi xadim Heydər Əliyevin arzularının reallaşmasına böyük töhfələr verdiyini vurğuladılar.


FOTO