15 may 2007

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi rayonunda yeni məktəb binaları tikilir

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində ötən il Ağcabədi rayonunda 5 yeni məktəb inşa olunub istifadəyə verilmişdir.

 

Rayon xalq təhsili şöbəsinin müdiri Mehdi Əhmədov bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik yeni məktəb binası tikiləcəkdir. Hazırda rayonun Boyad kəndində 500 yerlik, Kürdlər kəndində 320 yerlik, şəhər 6 nömrəli əsas məktəbdə 400 yerlik, 7 nömrəli orta məktəbdə 400 yerlik, Muğanlı və Taynaq kənd məktəbləri üçün 140 yerlik əlavə sinif otaqları inşa olunur.

 

Ağcabədililər xalq təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.