2.JPG
27 aprel 2007

Azərbaycanın birinci xanımına “Sivilizasiyalararası dialoqun qlobal miqyasda təşviqinə görə” mükafatı təqdim edilib

Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İslam Konfransı Təşkilatı Gənclər Forumunun “Sivilizasiyalararası dialoqun qlobal miqyasda təşviqinə görə” mükafatına layiq görülmüşdür.


Aprelin 27-də Forumun rəhbəri Əli Sarıkaya mükafatı təqdim etmişdir. O demişdir ki, bu qərar qəbul edilərkən Mehriban xanımın son illərdəki genişmiqyaslı ictimai fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, ekologiya və digər sahələrdə həyata keçirdiyi mühüm layihələri, YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatlarda fəal işi, bir sözlə, sivilizasiyalararası dialoq və əməkdaşlığa, fərqli mədəniyyətlərin qovuşmasına dəyərli töhfə verməsi əsas götürülmüşdür. Azərbaycanın birinci xanımı məhz belə səmərəli fəaliyyətinə görə forumun Rəyasət heyətinin ötən il sentyabrın 2-də keçirilmiş iclasının qərarı ilə bu mükafata layiq görülmüşdür.

 

Xoş sözlərə, dəyərli mükafata görə təşəkkür edən Mehriban xanım Əliyeva islam dünyası gənclərinin ictimai-siyasi proseslərdə daha yaxından iştirakının əhəmiyyətini vurğulamış, Heydər Əliyev Fondunun gənclərin hər bir təşəbbüsünə yardımçı olacağını bildirmişdir.

 

Forumun rəhbərləri Mehriban xanımla xatirə şəkli çəkdirmişlər.


FOTO