25 iyul 2007

Heydər Əliyev Fondunun dəstəyi ilə Qars Qafqaz Dövlət Universitetində Heydər Əliyevə həsr olunmuş tədris mərkəzi yaradılır

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Qars Qafqaz Dövlət Universitetində türk dünyasının böyük oğlu Heydər Əliyevə həsr olunmuş tədris mərkəzi yaradılır.


Azərbaycanın Qars şəhərindəki baş konsulluğundan bildirmişlər ki, universitetin binasında ayrılmış 150 kvadratmetr sahədə hazırda təmir işləri davam etdirilir. Təmir başa çatdıqdan sonra mərkəzdə Heydər Əliyevin həyatını və fəaliyyətini əks etdirən xüsusi guşə, Azərbaycanın tarixinə, ədəbiyyatına aid kitabxana, oxu zalı, kompyuter salonu fəaliyyət göstərəcəkdir.

 

Azərbaycan ilə bağlı tədbirlərin keçirilməsi də nəzərdə tutulan mərkəz yeni tədris ilində istifadəyə veriləcəkdir.

 

Türkiyədə ilk dəfə olaraq Qars Qafqaz Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsi açılmışdır. 2004-cü ildən etibarən bölməyə tələbə qəbulu aparılır.