01.jpg
21 avqust 2007

İran Prezidenti Mahmud Əhmədinejad Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad avqustun 21-də Heydər Əliyev Fondunda olmuşlar.

 

İran Prezidentinə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, Fondun əsas məqsədi ümummilli liderin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmaqdır.

 

Qonaqları Fonddakı eksponatlarla tanış edən Prezident İlham Əliyev, ulu öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrləri haqda ətraflı məlumat verdi.

 

İran Prezidenti ümummilli lider Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə tanış oldu. Ekspozisiyada milli liderin beynəlxalq miqyaslı tədbirlərdəki çıxışları, kənd əməkçiləri ilə görüşləri, neft strategiyası əks olunmuşdur.

 

Ulu öndərin hərbi kadrların yetişdirilməsinə diqqətindən, mədəniyyət, incəsənət, idmana göstərdiyi qayğıdan danışıldı. Qonaqlar ulu öndərin müxtəlif ölkələrin liderləri ilə görüşlərini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar.

 

Prezident Mahmud Əhmədinejad Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazdı.

 

İranın dövlət başçısına xatirə hədiyyəsi təqdim edildi.


FOTO