10 sentyabr 2007

Heydər Əliyev Fondu Gürcüstanda yaşayan azərbaycanlı məktəbliləri dərs ləvazimatı ilə təmin edib

Yeni dərs ilində Heydər Əliyev Fondunun hədiyyə etdiyi çanta və dərs ləvazimatı ilə məktəbə yollanmaq Gürcüstanda yaşayan azərbaycanlı birincilər üçün artıq ənənəyə çevrilmişdir. Ənənəni davam etdirən Fond qonşu respublikada yaşayan soydaşlarımızı bu il də sevindirəcəkdir. Onlar üçün nəzərdə tutulmuş məktəbli çantaları və dərs ləvazimatı bu günlərdə Gürcüstana göndəriləcəkdir.


Minlərlə məktəblini əhatə edən bu aksiya Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi əsasında həyata keçirilir.