02.JPG
1 noyabr 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Gəncliyin inkişafı uğrunda qlobal səfir” adı təqdim olunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı uğrunda Qlobal Səfir” adı təqdim olunmuşdur.

 

Azərbaycanda və dünyada təhsilin, mədəniyyətin inkişafına, gənclərin problemlərinin həllinə göstərdiyi diqqətə görə verilən bu ad Mehriban xanıma noyabrın 1-də Bakıda keçirilən “Gənclər sivilizasiyaların alyansı uğrunda” Beynəlxalq Təşəbbüs, Nəsillərarası Yüksək Səviyyəli Konfransı çərçivəsində təqdim olunmuşdur.


FOTO