5.JPG
24 sentyabr 2007

Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin açılışı olub

Sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku öz xanımları ilə birlikdə Buxarestin mərkəzində Heydər Əliyev Fondunun nümayəndəliyinin açılış mərasimində iştirak etmişlər.


Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin açılması ilə bağlı müvafiq sənədlər toplusu Rumıniyanın Elmi Tədqiqatlar Agentliyi, Elmlər Akademiyasının Rəyasət heyəti, səhiyyə, xarici işlər, ədliyyə, mədəniyyət və təhsil nazirliklərinin, Baş nazirin müavininin imzaları ilə təsdiq olunduqdan sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə edilərək, Baş nazirin sərəncamı ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar Rumıniyanın rəsmi dövlət bülletenində çap edildikdən və Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minmişdir.


Nümayəndəliyin humanitar fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənmişdir. Məsələn, nümayəndəlik ahıllar evlərindən birini hamiliyə götürmüşdür. Nümayəndəliyin Buxarestin mərkəzində yerləşən binası XX əsrin əvvəlində tikilmiş memarlıq abidəsidir.


Azərbaycan və Rumıniya prezidentləri nümayəndəliyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər.


Dövlət başçıları Fondun nümayəndəliyi ilə tanış oldular və Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku nümayəndəliyin həyətində ağac əkdilər.


Renomed Form tibb mərkəzinin rəhbəri Dayan Babesku həmin mərkəzin nəzdində fəaliyyət göstərən, Krayova şəhərində yerləşən dializ və nevrologiya klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərarın surətini Azərbaycan Prezidentinə təqdim etdi.


FOTO