27 noyabr 2007

“İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq Humanitar Təşkilatının rəhbəri Heydər Əliyev Fondunda olub

“İmam Xomeyni İmdad Komitəsi” Beynəlxalq Humanitar Təşkilatının rəhbəri Hüseyn Ənvari noyabrın 27-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verilmişdir.

 

Hüseyn Ənvari fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır.