001.JPG
27 oktyabr 2007

Litva Respublikasının sosial müdafiə və əmək naziri xanım Viliya Blinkyaviçyutenin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Oktyabrın 27-də Litva Respublikasının sosial müdafiə və əmək naziri xanım Viliya Blinkyaviçyutenin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur.


Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.


Bildirilmişdir ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə Baltikyanı ölkələrlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirmişdir.


Görkəmli siyasi xadimin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaratmışdır.


Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.


Viliya Blinkyaviçyute Xatirə kitabına yazdığı ürək sözlərində Fondla tanışlıqdan məmnun qaldığını bildirmiş, xeyirxah fəaliyyətində bu quruma uğurlar arzulamışdır.


FOTO