001.jpg
27 oktyabr 2007

Ümumçin Gənclər Federasiyası katibliyinin rəis müavini Sya Quançjinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Oktyabrın 27-də Ümumçin Gənclər Federasiyası katibliyinin rəis müavini Sya Quançjinin başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara Fondun yaranma tarixi, məqsədləri, ekspozisiyada toplanmış materiallar barədə ətraflı məlumat verilmişdir.


Ümummilli liderin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlər, ulu öndər haqqında kitablar, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin Heydər Əliyev haqqında fikirləri qonaqlarda böyük maraq doğurmuşdur. Çinli nümayəndələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxmışlar.


Sya Quançji Fondun Xatirə kitabına yazdığı ürək sözlərində ölkəsində də adı hər zaman hörmətlə çəkilən görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə dərin ehtiramını ifadə etmiş, Azərbaycan tərəqqisi naminə fəaliyyətində Fonda uğurlar arzulamışdır.


Nümayəndə heyəti adından Fonda hədiyyə təqdim olunmuşdur.


FOTO