005.jpg
9 avqust 2006

Türkiyə Baş nazirinin müavini, dövlət naziri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini, dövlət naziri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyəti avqustun 9-da Heydər Əliyev Fonduna gəlmişdir.


Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini səmimiyyətlə qarşılayaraq salamladı.

 

Qonaqlara ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən ekspozisiyalar, dahi şəxsiyyətin dünyanın məşhur siyasi və dövlət xadimləri, tanınmış elm, mədəniyyət və incəsənət adamları ilə görüşlərini xatırladan fotoşəkillər barədə ətraflı məlumat verildi. Ulu öndərin dost və qardaş Türkiyənin dövlət və hökumət başçıları, tanınmış simaları ilə çəkdirdiyi şəkillərə qonaqlar xüsusi məmnunluq hissləri ilə baxdılar. Ümummilli liderin uşaqlıq illəri, orta və ali məktəblərdə yalnız "əla" qiymətlərlə təhsil aldığını, nümunəvi nizam-intizamı ilə fərqləndiyini əks etdirən sənədlər, haqqında yazılmış kitablar, Heydər Əliyev Fondunun web-saytı, beynəlxalq əlaqələri, həyata keçirdiyi layihələrlə tanışlıq qonaqlarda böyük maraq doğurdu.

 

Mehmet Ali Şahin Fondun xatirə kitabına ürək sözlərini yazdı.

 

Görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə Türkiyədə də böyük hörmət və ehtiram göstərildiyini bildirən qonaq, ümummilli liderin işıqlı ideyalarının həyata keçirilməsində Fondun fəaliyyətini yüksək qiymətləndirdi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya bu şərəfli fəaliyyətində yeni uğurlar arzuladı.

 

Anar Ələkbərov Heydər Əliyev Fondunun 2005-2006-cı illərdəki fəaliyyətinə həsr edilmiş kitabı xatirə olaraq Mehmet Ali Şahinə təqdim etdi.

 

Nümayəndə heyətini Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı müşayiət edirdilər.


FOTO