RUSIYA ELMLER AKADEMIYASI HEYDER ELIYEV FONDUNDA.jpg
7 oktyabr 2006

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyevin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 7-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Səmimiyyətlə qarşılanan qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışıldı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar rusiyalı qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Görkəmli dövlət xadiminin Moskvada SSRİ hökumətinin rəhbərlərindən biri kimi daim elmin bütün sahələrinin müasir tələblər səviyyəsində qurulmasında, onun maddi-texniki bazasının inkişafında, təşkilati məsələlərin həllində böyük xidmətləri olduğu razılıq hissi ilə xatırlandı.

 

Nümayəndə heyətinin üzvləri Rusiya paytaxtında ali təhsil almış Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun xüsusilə elm, mədəniyyyət, təhsil və səhiyyə sahəsində gördüyü dəyərli işləri, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını yüksək qiymətləndirdilər.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da qonaqlarla birlikdə Fondda olmuşdur.


FOTO