0.JPG
11 avqust 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli internat evində aparılan təmir işləri ilə tanış olublar

Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıqtipli internat evində aparılan təmir işləri ilə tanış olmuşlar.


Burada Prezidenti və xanımını gül-çiçəklə qarşıladılar.

 

Prezident İlham Əliyev internat evinin əsaslı təmir layihəsi ilə tanış oldu. Məlumat verildi ki, internatda 600-dən çox şagird təhsil alır. Burada yetim uşaqlar da saxlanılır, onların yaşayışı, təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. İnternat evi ilə yanaşı, Lənkəran rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir neçə yeni məktəb binası da tikilir və təmir edilir.

 

Prezident İlham Əliyev və xanımı təmir gedən ayrı-ayrı sinif otaqlarına baxdılar. Bildirildi ki, burada layihəyə uyğun idman salonu, emalatxanalar, yataq otaqları, xalçaçılıq sexi, yeməkxana, camaşırxana, akt, oxu salonları, kompyuter sinifi, uşaqlar üçün istirahət və oyun otaqları, həmçinin stadion da tikiləcək, xüsusi istilik-soyutma sistemi yaradılacaqdır.

 

Prezident İlham Əliyev təmir işlərinin keyfiyyətlə aparılmasını və bu tədris müəssisəsinin xarici görünüşünün də müasir səviyyəyə uyğunlaşdırılmasını tövsiyə etdi.


FOTO