1 noyabr 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gədəbəyin Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış olublar

Noyabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış oldular.

 

260 yerlik məktəb binasının tikintisinə bu ilin avqustundan başlanmışdır. 30-dan çox yerli sakinin gördüyü inşaat işlərinin növbəti mərhələsi artıq başa çatmaq üzrədir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ikinci mərhələsinə əsasən məktəb binası bu ilin sonunadək hazır olacaqdır.

 

Prezident İlham Əliyev tikintinin getdiyi ərazini gəzdi, işlərin qısa vaxt ərzində və yüksək keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlarını verdi.