11 avqust 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lənkəranın Liman şəhərində inşa olunan məktəbdə tikinti işlərinin gedişi ilə maraqlanıb

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının 2-ci mərhələsi çərçivəsində Lənkəranın Liman şəhərində 1200 şagird yeri olan orta məktəb binası tikilir.


Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva obyektə gələrək tikinti işlərinin gedişi ilə maraqlanmışdır. İnşaatçılar, pedaqoji kollektivin üzvləri və valideynlər Mehriban xanım Əliyevanı hörmətlə qarşılamışlar.

 

Fondun prezidentinə məlumat verilmişdir ki, məktəb binasının tikintisi sentyabrın 15-dək başa çatdırılacaq, yeni təhsil ocağı yüksək standartlara cavab verən tədris ləvazimatı və texniki avadanlıqla təmin ediləcəkdir.