7 noyabr 2006

Biləsuvar şəhərinin Meliorator yaşayış sahəsində 200 yerlik məktəb binası tikilib

Biləsuvar şəhərinin Meliorator yaşayış sahəsində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsi çərçivəsində smeta dəyəri 240 min manat olan 200 yerlik məktəbin tikintisi başa çatmışdır.

 

Təhsil şöbəsindən bildirmişlər ki, podratçı "Aqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialı inşaat işlərini nəzərdə tutulduğundan bir ay tez yerinə yetirmişdir. 12 sinif otağı, kitabxana və kompyuter kabinetləri olacaq təhsil ocağına yeni avadanlıqlar gətiriləcəkdir. Məktəbin noyabrın axırınadək istifadəyə verilməsi nəzərdə tutulub.