15 sentyabr 2006

Heydər Əliyev Fondundan birincilərə hədiyyə

Heydər Əliyev Fondu hər il olduğu kimi, yenə də yeni dərs ilinin başlanması - "Bilik" günü münasibətilə imkansız ailələrin, Ermənistanın təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın övladlarına qayğı və kömək göstərməyi özünə borc saymışdır. Bu ailələrin, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların ilk dəfə məktəbə qədəm qoyan 20 min uşağına məktəbli çantaları, dərs ləvazimatı hədiyyə edilmişdir.


Fondun əməkdaşları sentyabrın 15-də işğal altında olan rayonların, Əzizbəyov rayonunun bir sıra məktəblərində olmuş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmimi təbriklərini, "Bilik" günü münasibətilə ən xoş arzularını müəllim və şagirdlərə çatdırmış, birincilərə isə hədiyyələr təqdim etmişlər.

 

Bakının Suraxanı rayonunda fəaliyyətini davam etdirən Qubadlı rayonunun Fərrux Mehdiyev adına Qaralar kənd məktəbinin 70 birinci sinif şagirdinə belə hədiyyələrin təqdim olunması mərasimi isə uşaqlara əsil bayram sevinci bəxş etmişdir.