15 sentyabr 2006

Heydər Əliyev Fondu gürcüstanlı şagirdlərə hədiyyə göndərib

Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sentyabrın 15-də, dərs ilinin başlanmasına üç gün qalmış gürcüstanlı şagirdlər üçün içində dərs ləvazimatları olan 4 min ədəd çanta göndərmişdir.


Hədiyyələr Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində paylanmışdır. Borçalılar qayğıya, diqqətə görə minnətdarlıq etmiş, Prezident İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin kursunu ləyaqətlə davam etdirdiyindən məmnunluq duyduqlarını ifadə etmişlər.

 

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan deputat qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, bölgəyə daxil olan rayonların nümayəndələri iştirak etmişlər.