0.JPG
20 may 2009

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvləri ilə görüşüb

Mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bədii gimnastika üzrə 25-ci Avropa çempionatında Azərbaycanı təmsil etmiş yığma komandanın üzvləri ilə görüşmüşdür.


Mehriban xanım Əliyeva əvvəlcə idmançılarımızla xatirə şəkli çəkdirmişdir.

 

Gimnastları Avropa çempionatındakı uğurlu çıxışları münasibətilə ürəkdən təbrik edən Mehriban xanım Əliyeva onların çıxışlarının ölkəmizdə həyəcanla izlənildiyini demiş, idmançılarımızın göstərilən etimadı doğrultduqlarını bildirmişdir.

 

Çempionatın yüksək səviyyədə təşkilini qeyd edən Mehriban xanım Əliyeva Azərbaycanın qitə yarışında böyük uğur qazanmasının sevindirici hal olduğunu bildirmiş və vurğulamışdır ki, komandamız bu çempionatda bədii gimnastika ənənələri ilə məşhur olan ölkələri belə geridə qoymuşdur.

 

Azərbaycan Gimnastika Federasiyasının böyük işlər gördüyünü vurğulayan Mehriban xanım Əliyeva idmançılarımızın 25-ci Avropa çempionatında çox yaxşı çıxış etdiklərini və gözəl göründüklərini bildrimişdir.

 

Yarışla bağlı təəssüratlarını bildirən gimnastlar çempionatın yüksək səviyyədə təşkil edildiyini, onlara göstərilən etimadı doğrultmağa çalışdıqlarını söyləmişlər.


Göstərilən qayğıya və dəstəyə görə minnətdarlıq edən idmançılar Azərbaycan Gimnastika Federasiyasının onlar üçün bir ailə olduğunu vurğulamışlar.


FOTO