002 IORDANIYA.jpg
14 may 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İordaniya şahzadəsi, YUNESKO-nun xoşməramlı səfiri xanım Ferial ilə görüşüb

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Gülüstan” sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş İordaniya şahzadəsi, YUNESKO-nun xoşməramlı səfiri xanım Ferial ilə görüşmüşdür.


Qonağı səmimiyyətlə salamlayan Mehriban xanım onun dəvətini qəbul edib Bakıya gəldiyi üçün şahzadə Feriala təşəkkür etdi. Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında qonağa məlumat verdi.


Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən şahzadə Ferial Bakının gözəlliyindən məmnunluğunu vurğuladı.


Görüşdə YUNESKO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.


FOTO