LONDON-OPKESTR-QABALA-FESTIVAL-KONSERT.JPG
4 avqust 2012

London Royal Filarmonik Orkestri növbəti konsert proqramı ilə çıxış edib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ beynəlxalq musiqi festivalı tamaşaçılara bir-birindən gözəl konsertlər təqdim etməkdə davam edir.


Festivalın proqramına uyğun olaraq avqustun 4-də London Royal Filarmonik Orkestri “Qafqaz Resorte” otelinin qarşısındakı açıq səhnədə yerli və xarici ölkə tamaşaçılarına növbəti konsert proqramı təqdim edib. Şarl Dütuanın rəhbərlik etdiyi dünya şöhrətli orkestr və tanınmış violonçel ifaçısı Dmitri Yablonski Bethoven, Dvorjak və Berliozun əsərlərini səsləndiriblər.



FOTO

VİDEO