17 yanvar 2013

Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri təyin olunub

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

 

İdmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır. Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır.

 

Bu oyunların Bakıda təşkili ölkəmizin bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri

 

Təşkilat Komitəsinin üzvləri

 

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Azad Rəhimov - Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici İşlər Naziri

 

Şahin Mustafayev - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri

 

Samir Şərifov - Azərbaycan Respublikasının Maliyyə Naziri

 

Ramil Usubov - Azərbaycan Respublikasının Daxili İşlər Naziri

 

Eldar Mahmudov - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri

 

Ziya Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının Səhiyyə Naziri

 

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri

 

Əli Abbasov - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri

 

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini

 

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Baba Rzayev - “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin      vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

 

Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

 

Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

 

İlham Mədətov - XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

 

Namiq Abdullayev - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Zemfira Meftaxetdinova - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Fərid Mansurov - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Elnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Toğrul Əsgərov - Olimpiya çempionu

 

Şərif Şərifov - Olimpiya çempionu


 

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

3. Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  17 yanvar 2013-cü il