5 mart 2012

Xəzər rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilir

Xəzər rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra təhsil müəssisələri üçün binaların tikintisi və təmiri işləri həyata keçirir.


Rayon icra hakimiyyətinin şöbə müdiri Babacan Məlikov bildirmişdir ki, həmin təhsil ocaqlarından biri də Zirə qəsəbəsindəki 120 nömrəli orta məktəbin yeni korpusudur.


Dövlət Proqramına uyğun olaraq, hazırda məktəbin əsaslı təmiri, eləcə də, 22 əlavə sinif otağının, yeməkxananın və idman zalının tikintisi üzrə işlər davam etdirilir. Yeni 600 yerlik korpusun tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılmışdır. Hazırda təzə korpusun 3-cü mərtəbəsi inşa olunur.