lerik-zarifa-aliyeva-90-qanverma-aksiyasi.jpg
1 may 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Mərkəzi Rayon Xəstəxanasında ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilib.


Aksiya zamanı Mərkəzi Qan Bankının mütəxəssislərindən ibarət həkim briqadası tərəfindən 165 sakindən qan götürülüb.


Toplanan qan nümunələri Bakı şəhərində müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.


Paylaş: