Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə İstanbuldakı Çırağan Sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirib.
Tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin dövlət və hökumət təmsilçiləri, deputatlar, elm adamları, ictimai xadimlər, incəsənət, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəsi Samir Cəfərov, səfir Faiq Bağırov və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rəhbəri Necdet Ünüvar çıxış ediblər.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin təbrik məktubları oxunub.
Sonra tədbir iştirakçılarına ziyafət verilib, Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən kitab və “Diplo Atlas” jurnalı paylanılıb.